Almaniya təəccübləndirmir: “Leopard” tankının modernləşdirilməsi üçün ASELSAN ilə razılaşan Çilini təhdid etdilər

2024/09/1726302332.jpg
Oxunub: 322     11:40     18 Sentyabr 2024    
Çili mənbələri Almaniyanın ASELSAN ilə modernləşdirmə razılaşması olacağı təqdirdə Çiliyə yeni “Leopard 2” əsas döyüş tanklarını satmaqdan imtina edəcəyini bildirib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Bildirilib ki, Almaniyanın yeni “Leopard 2” modelləri ilə bağlı təklifində ASELSAN ilə modernləşdirmə müqaviləsi imzalanmamaq şərti də var.

Bu qərar təkcə Türkiyəni deyil, həm də tank parkını modernləşdirmə prosesində olan Çilini təhdid edir.

Almaniyanın Türkiyəni hədəfə alan digər tədbirləri arasında “Eurofighter Typhoon” təyyarələrinin satışını və “Siemens”in “Akkuyu” Atom Elektrik Stansiyasına elektrik ötürücü avadanlıqların çatdırılmasını əngəlləmək səyləri daxildir.

Həm Almaniya, həm də Türkiyə NATO-nun üzvü olduğu üçün Türkiyənin sənaye məsələlərində hədəfə alınmağa davam etməsi alyansa ziyan vuran amildir.

Almaniya isə öz təşəbbüslərinə susur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Almaniya   ASELSAN  


Bizi "telegram"da izləyin