Ordu.az xəbər verir ki, bu məlumatı İndoneziya HDQ-nin komandanı, admiral Məhəmməd Əli Cakartada İndoneziya HDQ-nin 79-cu ildönümü münasibətilə keçirilən tədbir zamanı bildirib.
Admiral Əli İndoneziyanın geniş suları səbəbindən daha çox gəmiyə ehtiyac olduğunu vurğulayıb.
“Sularımız çox böyükdür, ona görə də İndoneziyanın bütün sularını qorumaqda hələ də çatışmazlıqlarımız var. Buna görə də biz müdafiə avadanlığı, xüsusən də gəmi və təyyarələr tədarükünü davam etdiririk”, - deyə o qeyd edib.
Gəmi alışlarının əksəriyyəti yerli müdafiə sənayesi vasitəsilə həyata keçirilərkən, daha böyük tonnajlı gəmilər xarici gəmiqayırma şirkətlərindən alınır.
İndoneziya Türkiyənin müdafiə məhsullarına böyük maraq göstərir. İki ölkə arasında bir çox birgə layihələr həyata keçirilir.
Sevinc Əliyeva
Ordu.az