ABŞ Pakistanın ballistik raket proqramını dəstəkləyən Çin tədarükçülərinə sanksiya tətbiq edib

2024/09/1726302076.jpg
Oxunub: 454     21:19     14 Sentyabr 2024    
ABŞ Dövlət Departamenti Çin tədqiqat institutuna və Pakistanın ballistik raket proqramının tədarükündə rol aldığını bildirdiyi bir neçə şirkətə qarşı sanksiyalar tətbiq edib.

Ordu.az xəbər verir ki, Vaşinqton oxşar şəkildə 2023-cü ilin oktyabrında Pakistana raket daşıya bilən məhsullar tədarük etdiyi üçün Çində yerləşən üç şirkəti sanksiya ilə hədəfə alıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, Pekin Maşın İstehsalat Sənayesinin Avtomatlaşdırılması Elmi-Tədqiqat İnstitutu “Shaheen-3”, “Ababeel” sistemləri və potensial olaraq daha böyük sistemlər üçün raket mühərriklərinin sınaqdan keçirilməsi məqsədilə avadanlıqların tədarükü ilə bağlı Pakistanla işləyir.

Miller sanksiyaların Çində yerləşən “Hubei Huachangda Intelligent Equipment Co”, “Universal Enterprise” və “Xi'an Longde Technology Development Co” şirkətləri ilə yanaşı, Pakistanda yerləşən “Innovative Equipment” şirkəti və bir Çin vətəndaşını da raket texnologiyaları məhdudiyyətəri çərçivəsində bilərəkdən avadanlıq transfer etdikləri üçün hədəfə aldığını deyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Pakistan  


Bizi "telegram"da izləyin