Ordu.az xəbər verir ki, bununla bağlı 440 milyon dollarlıq müqavilə imzalanıb.
“BAE Systems” bildirib ki, ABŞ ordusu şirkətlə hökumətin Ukraynaya göndərdiyi “Bradley” döyüş vasitələrini əvəz etmək üçün əlavə “Bradley” istehsalı ilə bağlı 440 milyon dollarlıq müqavilə imzalayıb.
Müqaviləyə şirkətin istehsalda ən son modernləşdirilmiş variantı olan 200-dən çox “Bradley A4”ün istehsalı daxildir.
Qeyd edək ki, “Bradley A4” Zirehli Briqada Döyüş Komandasının (ABCT) tərkibinə daxil olan kritik, yeni nəsil vasitədir.
Sevinc Əliyeva
Ordu.az