Ordu.az xəbər verir ki, Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyindən verilən açıqlamada satışı təsdiq edən sertifikatın Konqresə verildiyi bildirilib.
Açıqlamada bildirilib ki, İsrail hökumətinin tələbi ilə Dövlət Departamenti ümumi dəyəri 164,6 milyon dollar olan ağır yükdaşıyan tank qoşqularının, müvafiq avadanlıqların satışına icazə verib və bu təsdiqi bildirən lazımi sertifikat Konqresə göndərilib.
Açıqlamada qeyd edilib ki, tədarüklərə 2027-ci ildə başlanacağı təxmin edilir.
Sevinc Əliyeva
Ordu.az