Cənubi Koreya 8 ildən sonra 2 yeni nüvə reaktorunun inşasına icazə verib

2024/09/1726298283.jpg
Oxunub: 340     20:14     16 Sentyabr 2024    
Cənubi Koreya 8 ildən sonra 2 yeni nüvə reaktorunun inşası ilə bağlı müraciəti təsdiqləyib.

Ordu.az xəbər verir ki, Nüvə Təhlükəsizliyi və Təhlükəsizlik Komissiyası (NSSC) Cənubi Koreyada 2 yeni nüvə reaktoru ilə bağlı açıqlama verib.

Cənubi Koreyanın nüvə enerji şirkəti “Korea Hydro & Nuclear Power” (KHNP) tərəfindən 2016-cı ildə edilən müraciətin qəbul edildiyi bildirilən açıqlamada “Shin-Hanul” 3 və 4 reaktorlarının ölkənin Ulcin bölgəsində qurulacağı qeyd edilib.

Açıqlamada inşa sahəsinə baxış keçirildiyi və təhlükəsizliyə təsir edəcək hər hansı geoloji risk aşkar edilmədiyi bildirilib.

“Shin-Hanul” 3 və 4-ün inşası üçün müraciət 2016-cı ilin yanvarında edilib, lakin enerji siyasətinin dəyişməsi səbəbindən layihə 2017-ci ildə dayandırılıb.

Digər tərəfdən, layihə ilə bağlı araşdırmaların 2022-ci ildə yenidən başladığı açıqlanıb.

Bu iki yeni nüvə reaktoru üçün verilən inşa icazəsi 2016-cı ildən etibarən ölkədə nüvə reaktorları üçün verilən ilk inşa icazəsi olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   Nüvə  


Bizi "telegram"da izləyin