Rusiyanın “Su-57” təyyarələri Ukrayna hədəflərinə 40-dan çox hücum həyata keçirib

2024/09/1726297659.jpg
Oxunub: 322     12:38     14 Sentyabr 2024    
Ukrayna Hərbi Hava Qüvvələri (HHQ) mənbələrinin məlumatına görə, Rusiyanın qabaqcıl “Su-57 Felon” təyyarələri Ukraynaya qarşı 40-dan çox hücum həyata keçirib.

Ordu.az xəbər verir ki, “Su-57” döyüş təyyarələri 2024-cü ilin fevral ayının sonundan etibarən qeydə alınan raket hücumlarının artması ilə birlikdə Rusiyanın hava kampaniyasında daha tez-tez istifadə olunan vasitəyə çevrilib.

Rusiya daha öncə “Su-57”ni vaxtaşırı tətbiq etsə də, istifadənin intensivliyi və tezliyi əhəmiyyətli dərəcədə artıb.

Yanvarda Britaniya Müdafiə Nazirliyi bildirib ki, “Su-57”lər Ukraynada ən azı 2022-ci ilin iyun ayından tətbiq edilib, lakin onların ilkin tətbiqi məhdud olub.

İndi isə bu reaktivlər daha fəal rol oynayır, tez-tez Kursk və Bryansk üzərində Rusiya hava məkanından və işğal olunmuş Luqanskdan hücumlar təşkil edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Su-57   Ukrayna  


Bizi "telegram"da izləyin