Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məktubda bildirilir ki, İsveçrə şirkətləri Almaniya Silahlı Qüvvələrindən tender almaq üçün müraciət edə bilməz.
İsveçrə şirkəti Almaniya Silahlı Qüvvələri üçün 100 000 sabit multispektral kamuflyaj avadanlığı üçün elan edilən Almaniyanın böyük tenderində iştirak etmək istəyib, lakin tenderin texniki şərtlərində şirkətin istehsalat obyektinin Aİ ərazisində olmasının lazım olduğu qeyd edildiyi üçün iştirak baş tutmayıb.
Şirkət bunun səhv olduğunu düşünüb və Almaniya ordusunun Avadanlıq, İnformasiya Texnologiyaları və Xidmətdə Dəstək İdarəsi ilə əlaqə saxlayıb, lakin iştirakı təmin edə bilməyib.
Sevinc Əliyeva
Ordu.az