Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Bildirilib ki, Rusiya hədəflərini vurmaq üçün “Storm Shadow” raketlərinin tətbiqinə dair qərar xüsusi qaydada qəbul edilib və onun ictimaiyyətə açıqlanması ehtimalı azdır.
“Guardian”a danışan mənbələrdən biri Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi və ABŞ dövlət katibi Entoni Blinkenin Kiyevə birgə səfərinin də bu qərarla bağlı olduğunu bildirib.
Məlumata görə, Britaniya Rusiyaya zərbə endirmək üçün uzun mənzilli raketlərin tətbiqi ilə bağlı ictimaiyyətə açıqlama verməyi məqsədəuyğun hesab etməyib.
Sevinc Əliyeva
Ordu.az