Ermənistanın “Yerkrapah” hərbi təşkilatının bəzi üzvləri zəhərləniblər, xəstəxanaya aparılıblar

2024/09/7cb6e-1726291571.jpg
Oxunub: 312     12:40     14 Sentyabr 2024    
Bu yaxınlarda Zəngəzur vilayətinin bir hissəsində, döyüş mövqelərində döyüş növbətçiliyində olan “Yerkrapah” hərbi təşkilatının bəzi üzvləri zəhərlənərək, “Armenia” Respublika Tibb Mərkəzinə aparılıblar.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, üstəlik, zəhərlənmə hadisəsi iki dəfə olub.

“Bizə bildiriblər ki, ilk zəhərlənmə zamanı “Yerkrapah”da döyüş mövqelərinə qaldırılanlardan ikisi ağır zəhərlənmə nəticəsində komaya düşüb. İkinci zəhərlənmə hadisəsi zamanı belə ağır hadisə qeydə alınmayıb. Bizə məlumat veriblər ki, döyüş növbətçiliyində olanlar yeməklərində yabanı meyvələrdən istifadə ediblər, onlardan zəhərləniblər. Həmin meyvəyə adi doqquzdon deyilir, latınca “lonicera xylosteum”, rusca “волчья ягода” adlanır, halüsinogen xüsusiyyətlərə malikdir. Kiçik miqdarda istifadə edildikdə, halüsinogendir, narkotik vasitələrə xas olan müxtəlif görmə və hislərə səbəb olur”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Yerkrapah  


Bizi "telegram"da izləyin