Ordu.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk İrəvanda Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan ilə birlikdə keçirdikləri Rusiya və Ermənistan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın həmsədrlərinin görüşündə deyib.
“Rəqəmlər və faktlar bütün səs-küylü açıqlamalardan daha yaxşıdır. 2023-cü ildə Rusiya ilə Ermənistan arasında qarşılıqlı ticarət dövriyyəsi 55,8 % artaraq 7,4 milyard dollara çatıb. Bu il artım sürətlənib. Təkcə bu ilin birinci yarısında ölkələrimiz arasında ticarət dövriyyəsi 8,4 milyard dollar təşkil edib”, - o deyib.
Tərəflər sənaye, enerji, nəqliyyat və logistika, maliyyə və investisiya sahələrində birgə layihələrin həyata keçirilməsinin cari məsələlərini müzakirə ediblər.
Görüşün nəticəsi olaraq komissiyanın növbəti iclasının yaxın vaxtlarda Rusiyada keçirilməsi barədə razılıq əldə olunub.
Ordu.az