Qəmər Adaları İttifaqının Prezidenti hücuma məruz qalıb, başından xəncər yarası alıb

2024/09/1726243534.jpg
Oxunub: 364     20:01     13 Sentyabr 2024    
Qəmər Adaları İttifaqının Prezidenti Azali Assumani naməlum şəxsin hücumuna məruz qalıb və xəncər yarası alıb.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Habari za comores” portalı məlumat yayıb.

Zərbə onun başına dəyib, lakin yara elə də təhlükəli deyil.

Qeyd olunub ki, Prezident anım mərasimində iştirak etmək üçün Salimani kəndinə gedib və orada hücuma məruz qalıb. Cinayətkar saxlanılıb və dindirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qəmər-Adaları-İttifaqı   Prezident  


Bizi "telegram"da izləyin