Ordu.az xəbər verir ki, bu barədə Zelenski “X” platformasında paylaşımında bildirib.
Zelenski Ukraynaya sülhə doğru istiqaməti müəyyənləşdirmək üçün lazım olan gücü verəcək “Qələbə Paketini” Baydenə təqdim edəcəyini vurğulayıb.
“Rusiyanın Ukraynaya qarşı müharibəsi kimi təcavüzkar müharibələr iki yoldan biri ilə başa çatır: ya işğalçı qüvvələr qovulur, ya da diplomatiya həqiqi müstəqilliyi təmin edir”, - o qeyd edib.
Ordu.az