Beynəlxalq Atom Enerjisi Agentliyi Ukraynadakı müşahidəçilərinin sayını artıracaq

2024/09/5a9c7-1726228560.jpg
Oxunub: 279     15:20     13 Sentyabr 2024    
Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) Ukraynada monitorinq missiyalarını genişləndirəcək.

Ordu.az-ın “RBC-Ukrayna”ya istinadən verdiyi xəbərə görə, "Energoatom" şirkəti atom elektrik stansiyasının təhlükəsizliyinə təsir edən infrastruktur obyektlərinə müşahidəçilərin göndəriləcəyi ilə bağlı məlumat yayıb.

Qeyd olunub ki, bu günlərdə BAEA-nın bir qrup eksperti AES-in təhlükəsizliyinə və işinin sabitliyinə təsir edən elektrik yarımstansiyalarından birinə baş çəkib.

Yarımstansiya bu yaxınlarda Rusiyanın endirdiyi kütləvi raket zərbələri nəticəsində zədələnib.

Bu səfər BAEA-nın baş direktoru Rafael Qrossi ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında əldə edilmiş razılaşmaların həyata keçirilməsinin başlanğıcı oldu.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BAEA   Ukrayna  


Bizi "telegram"da izləyin