Londonda Britaniya diplomatlarının Moskvadan çıxarılmasını əsassız adlandırıblar

2024/09/ce060-1726223698.jpg
Oxunub: 298     14:27     13 Sentyabr 2024    
Rusiya hakimiyyətinin casusluq iddiaları fonunda altı britaniyalı diplomatı Moskvadan çıxarmaq qərarının heç bir əsası yoxdur.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilib.

“Bu gün Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşlarımıza qarşı irəli sürdüyü ittihamlar tamamilə əsassızdır. Rusiya hakimiyyəti ötən ay Britaniya hökumətinin Avropada və Britaniyada Rusiyanın fəaliyyətinə cavab olaraq atdığı addımlardan sonra Rusiyadakı altı diplomatımızın akkreditasiyasını ləğv edib. Biz milli maraqlarımızı qorumağa görə üzr istəməyəcəyik”, - məlumatda qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: London   Moskva  


Bizi "telegram"da izləyin