Türkiyənin hərbi gəmiləri Somaliyə gedir

2024/09/1726219154.jpg
Oxunub: 413     15:18     13 Sentyabr 2024    
Türkiyə Hərbi Dəniz Qüvvələrinin (HDQ) döyüş gəmiləri seysmik tədqiqat gəmilərini müşayiət etmək üçün yaxın günlərdə Somaliyə göndəriləcək.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mənbələri bildiriblər.

Qeyd edilir ki, Somali və Türkiyə əlaqələrindəki inkişaflar bu addımın əhəmiyyətli bir hissəsidir.

Mövzu ilə bağlı Türkiyə Milli Müdafiə Nazirliyinin mənbələri qeyd ediblər:

“Məlum olduğu kimi, biz Somali ilə bir sıra müqavilələr bağlamışıq. Bunlardan biri enerji məsələsini əhatə edirdi. Enerji ilə bağlı işlər Energetika Nazirliyimizin koordinasiyası ilə davam edir və seysmik tədqiqat gəmisinin gələn ay bölgəyə getməsini gözləyirik. Seysmik tədqiqat gəmisini müşayiət etmək üçün HDQ-mizə məxsus gəmilər də təyin olunacaq”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Somali  


Bizi "telegram"da izləyin