Rusiya: ABŞ Ukraynaya Rusiyaya qarşı uzun mənzilli raketlərdən istifadə etməyə icazə verib

2024/09/pekes-1726218845.jpg
Oxunub: 376     15:00     13 Sentyabr 2024    
Rusiya iddia edib ki, ukraynalıların Rusiyaya qarşı uzun mənzilli raketlərdən istifadə etməsinə icazə verilməsi barədə qərar çoxdan qəbul edilib.

Ordu.az xəbər verir ki, iddia ABŞ dövlət katibi Entoni Blinken və Böyük Britaniyanın xarici işlər naziri Devid Lemminin Kiyevə birgə səfərə getməsindən sonra ortaya çıxıb.

“Politico”ya danışan iki diplomat Blinkenin İranı Rusiyaya “Fath-360” qısa mənzilli ballistik raketlər verməkdə günahlandırdığını və bu addımı müharibənin “dramatik eskalasiyası” kimi qiymətləndirdiyini bildirib.

Ukrayna aylardır ki, Rusiyanın dərinliklərindəki hədəfləri vurmaq üçün uzun mənzilli silahlardan istifadə etmək üçün ABŞ-dən icazə istəyir.

Kremlin sözçüsü Dmitri Peskov keçirdiyi mətbuat brifinqində iddia edib ki, ABŞ və müttəfiqləri ukraynalılara Rusiya ərazisinin dərinliklərinə hücum etmək üçün verdikləri silahlardan istifadə etməyə qərar verib.

Peskov qeyd edib ki, artıq sadəcə reqlament rəsmiləşdiriləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin