ABŞ Misirə 1,3 milyard dollarlıq hərbi yardım etmək qərarına gəlib

2024/09/fara--1726218716.jpg
Oxunub: 384     20:11     13 Sentyabr 2024    
Bayden administrasiyası ABŞ Konqresini insan haqları ilə bağlı narahatlıqlarına baxmayaraq, Misirə 1,3 milyard dollar hərbi yardım göstərəcəyi barədə xəbərdar edib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Bayden administrasiyasının Misirə 1,3 milyard dollarlıq hərbi yardım edəcəyi barədə ABŞ Konqresini xəbərdar etdiyini və Misirin insan haqları şəraitinə baxmayaraq, yardımın 2020-ci ildən bəri ilk dəfə veriləcəyini açıqlayıb.

Dövlət katibi Entoni Blinken də Konqresə verdiyi açıqlamada ABŞ-nin milli təhlükəsizlik maraqlarını əsas gətirərək, bu il Misirin insan haqları sahəsində 225 milyon dollarlıq sertifikat tələbindən imtina edəcəyini bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Misir  


Bizi "telegram"da izləyin