ABŞ Ukraynaya müxtəlif sahələrdə ümumilikdə 717 milyon dollar dəstək verəcək

2024/09/1726218599.jpg
Oxunub: 312     15:18     13 Sentyabr 2024    
4-cü Krım Platforması Liderlər Zirvə toplantısına qatılmaq üçün Kiyevə gedən ABŞ dövlət katibi Entoni Blinken Britaniya xarici işlər naziri Devid Lemmi ilə birgə mətbuat konfransında Ukraynaya 717 milyon dollarlıq yardım edəcəklərini açıqlayıb.

Ordu.az xəbər verir ki, Blinken ölkəsinin Ukraynaya müxtəlif sahələrdə ümumilikdə 717 milyon dollar dəstək verəcəyini bildirib.

Ukraynanın xarici işlər naziri Andriy Sbiqa Blinken və Lemmi ilə birgə mətbuat konfransı keçirib.

Sbiqa qonaq nazirlərlə ölkəsində davam edən müharibə ilə bağlı inkişafları qiymətləndirdiklərini qeyd edib.

O, həmçinin yerli istehsala investisiyaların artırılmasının və Ukrayna ordusu üçün silahların alınmasının vacibliyini vurğulayıb.

“Bu, Ukraynaya hərbi yardımı sürətlə artırmaq və müttəfiqlərimizin resurslarını qorumaq üçün bir yoldur”, - deyə Ukraynanın xarici işlər naziri vurğulayıb.

Blinken Kiyevdəki təmasları çərçivəsində cəbhədəki son hadisələrlə bağlı məlumatı Ukrayna rəsmilərindən aldığını bildirib.

Ukrayna liderləri ilə Qərb ölkələrinin verdiyi uzun mənzilli silahlardan istifadə üçün Ukraynanın tələb etdiyi icazə məsələsini müzakirə etdiklərini qeyd edən Blinken bu məlumatı ABŞ prezidenti Co Baydenə çatdıracağını deyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna  


Bizi "telegram"da izləyin