Ordu.az xəbər verir ki, bu barədə “KoçSavunma”nın icraçı direktoru Mehmet Hakan Öktem bildirib.
Onun sözlərinə görə, MALAMAN Türkiyə Hərbi Dəniz Qüvvələrinin (HDQ) ehtiyacları üçün hazırlanıb.
Öktem qeyd edib ki, MALAMAN suüstü gəmilərdən, C-130 yük təyyarələrindən və ən əsası “Reis” sinfinə məxsus sualtı qayıqlarının torpedo borularından buraxıla bilər.
“Bu baxımdan MALAMAN təkcə Türkiyədə inkişaf etdirilən ilk və yeganə mina deyil, həm də sualtı qayıqlarımızdan buraxıla bilən yeganə minadır. Bu xüsusiyyəti ilə “Reis” sinfinə məxsus sualtı qayıqlarımızın silah yükünü və vəzifə imkanlarını əhəmiyyətli dərəcədə artıracaq”, - deyə Öktem bildirib.
Sevinc Əliyeva
Ordu.az