Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
ABŞ prezidenti Co Bayden sentyabrın 13-də Böyük Britaniyanın Baş naziri Keir Starmer ilə görüşərək, Ukrayna müdafiə qüvvələrinin Rusiyanın dərinliklərinə hücum etməsinə icazə verilməsini müzakirə edəcək.
Bu barədə ABŞ dövlət katibi Blinken Britaniyadan olan həmkarı Devid Lemmi ilə keçirdiyi mətbuat konfransında bildirib.
Blinkenin sözlərinə görə, Bayden Britaniyanın Baş naziri ilə görüşəcək və Ukraynaya Rusiya ərazisinə uzaq məsafədən hücumlar həyata keçirməyə icazə verilməsini müzakirə edəcək.
Konfrans zamanı Blinken İranın Ukraynada istifadə edilmək üçün Rusiyaya ballistik raketlər təhvil verdiyini və bunun Tehrana qarşı əlavə sanksiyaların tətbiqini zəruri etdiyini açıqlayıb. Blinken Lemmi ilə Kiyevə səfər edəcəyini də bildirib.
Sevinc Əliyeva
Ordu.az