“Taliban” Rusiyanın köməyi ilə Əfqanıstan HHM sistemini təkmilləşdirmək istəyir

2024/09/1726216445.jpg
Oxunub: 426     15:03     14 Sentyabr 2024    
"Taliban" öz rejimi ilə Rusiya arasında münasibətlərin istiləşdiyi bir vaxtda Əfqanıstanın Hava Hücumundan Müdafiə (HHM) sistemlərini Rusiya təchizatı ilə qurmaq niyyətini bildirib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Moskva son aylarda Yəməndəki husiləri və hətta Livandakı "Hizbullah"ı qabaqcıl raketlərlə silahlandırmaq niyyətində görünsə də, Kabildəki mövcud hakim rejimə o qədər də həvəsli olmaya bilər.

2023-cü ilin əvvəlində ABŞ-nin xaotik geri çəkilmə prosesi fonunda Əfqanıstanı geri almasından iki ildən az bir müddət sonra "Taliban" Əfqanıstanın büdcəsinin ən böyük hissəsini müdafiəyə ayıraraq, HHM sistemləri qurmağı hədəflədiyini bəyan edib.

"Taliban" komandirlərindən biri və Baş Qərargah rəisi Qari Fəsihuddin Fitrət 2023-cü ilin aprelində “Reuters” agentliyinə verdiyi açıqlamada ölkəsinin zenit raketlərinə ehtiyacı olduğunu deyib.

"Şübhə yoxdur ki, Əfqanıstan buna sahib olmaq üçün əlindən gələni edir", - deyə o qeyd edib.

Fitrət "Taliban"ın bu cür raketləri necə əldə edə biləcəyi ilə bağlı təfərrüatları açıqlamayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Taliban   Rusiya   Əfqanıstan  


Bizi "telegram"da izləyin