Ordu.az xəbər verir ki, müqavilə Yaponiyanın müdafiə naziri Minoru Kihara ilə avstraliyalı həmkarı Riçard Marles arasında Melburnda keçirilən görüşdə imzalanıb.
Toplantıda iki nazir Çinin hərbi fəaliyyətləri ilə bağlı qarşılıqlı narahatlıqlarını ifadə ediblər.
Xüsusilə Çin casus təyyarəsinin Yaponiyanın hava məkanını pozması bu narahatlıqların əsas diqqət mərkəzində olub.
Bundan əlavə, Yaponiyanın əks-hücum qabiliyyətini inkişaf etdirmək planları və Avstraliyanın uzun mənzilli raketlərin tədarükü planları da gündəmə gətirilib.
Sevinc Əliyeva
Ordu.az