JS “Kaga” F-35B sınaqları üçün Kaliforniyaya gedir

2024/09/1726216240.jpg
Oxunub: 305     11:51     14 Sentyabr 2024    
Yaponiya Dəniz Özünümüdafiə Qüvvələri (JMSDF) Yaponiyanın ən böyük döyüş gəmilərindən biri olan JS “Kaga”nın (DDH-184) bu ilin sonunda Kaliforniyada F-35B “Lightning II” təyyarəsi üçün sınaqlar keçirmək məqsədilə San-Dieqo sahillərinə yola düşəcəyini açıqlayıb.

Ordu.az xəbər verir ki, “Kaga” oktyabrın 5-dən noyabrın 18-dək qısa qaxlma və şaquli enmə icra edə bilən təyyarələrin əməliyyatları üçün məlumat toplayacaq.

“Izumo” sinfinə məxsus iki gəmi əvvəlcə helikopter gəmisi kimi inşa edilib, lakin F-35B təyyarələrini daşıyacaq şəkildə transformasiya edilir.

“Izumo”nun transformasiyası 2021-ci ildə, “Kaga”nın transformasiyası isə 2023-cü il martın 29-da başa çatıb.

“Izumo”nun ikinci mərhələ transformasiyasının 2024-cü maliyyə ilində başa çatdırılması gözlənilir. Bu prosesdə sursat anbarları və daxili bölmələr F-35B sursatları üçün konfiqurasiya ediləcək.

“Kaga”nın sınaqlarının nəticələrinə əsasən, “Izumo”nun daxili dizaynı optimallaşdırılacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kaga   F-35B   Kaliforniya  


Bizi "telegram"da izləyin