Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Təyyarələrin Ukraynaya təhvil verilməsi ilə bağlı təcili plan yoxdur, lakin yeni yardım paketi İsveçə bu variantı təklif edir.
İsveç “Saab JAS-39 Gripen” döyüş təyyarələrinin Ukraynaya mümkün transferi üçün qapını açıq saxlayır.
İsveç hökuməti verdiyi açıqlamada ümumi dəyəri təxminən 440 milyon dollar olan son hərbi yardım paketinin əməliyyat qabiliyyətli JAS-39C/D “Gripen” döyüş təyyarələri üçün yeni material dəstləri satın almaq məqsədilə 220 milyon dolları ehtiva etdiyini bildirib.
Sevinc Əliyeva
Ordu.az