“Hraparak”: Ermənistanda kilsəyə qarşı aksiya baş tutacaqmı?

2024/09/image-1726213635.jpg
Oxunub: 394     19:17     13 Sentyabr 2024    
Sentyabrın 14-də Üçmüədzində Ermənistanın dini liderinin istefası tələbi ilə kilsə əleyhinə nümayişin keçiriləcəyi ilə bağlı bəyanatlar yayılıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

“Üçmüədzin şəhər başçısının müavini Arsen Petrosyandan soruşduq ki, onlara belə bir aksiya ilə bağlı ərizə, məktub gəlibmi və nə cavab veriblər? Lakin şəhər başçısının müavini cavab verib ki, onlara ümumiyyətlə məktub daxil olmayıb. O, güman edib. Çünki ötən dəfə onların istədiyi yerə icazə verməyiblər, başqa yer təklif olunub, ona görə də yəqin ki, müraciət etməmək qərarına gəliblər.

“Yəni icazəsiz aksiya keçirmək mümkündür?” sualına şəhər başçısının müavini belə cavab verib: “Mümkün deyil.. Bunu bəyan ediblər və polisin orada işi var”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Kilsə  


Bizi "telegram"da izləyin