KİV: Ermənistan-Azərbaycan dialoqunda heç bir vasitəçilik missiyası işləmir

2024/09/1726212827.jpg
Oxunub: 443     17:51     16 Sentyabr 2024    
Cənubi Qafqazda gedən proseslər daha çox geosiyasi aktorların düzülüşündən asılıdır.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşrə görə, bölgədə həm regional, həm də regiondan kənar oyunçular təmsil olunur ki, onların da təsiri var.

“Məhz bunun nəticəsidir ki, Qarabağ müharibəsindən əvvəlki status-kvo pozuldu və qüvvələr balansı Azərbaycanın xeyrinə dəyişdi. Azərbaycanın mövqelərinin güclənməsi də özü ilə Türkiyənin təsir gücünün əlavə artmasına səbəb olur. Bu vəziyyətdə danışıq prosesləri, belə demək mümkündürsə, “tet a tet” gedir. Başqa sözlə, heç bir vasitəçilik missiyası əslində işləmir. Zaman keçdikcə İrəvan və Bakı sülh müqaviləsi ilə bağlı bir-birinə təkliflər göndərirlər. Belə bir şəraitdə Ermənistan hakimiyyəti bəyanatlar verir ki, digər region ölkələrinin təzyiqləri Ermənistan-Azərbaycan dialoquna mane ola bilər. Ermənistan hakimiyyətinin danışıqların vasitəçilərsiz davam etdirilməsinin tərəfdarı olması yenilik deyil və bu o deməkdir ki, hətta sülh müqaviləsi imzalansa belə, heç bir beynəlxalq təminat və zamin olmayacaq”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan  


Bizi "telegram"da izləyin