Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.
Nəşr qeyd edib ki, iclasda müxalif hərəkatın qarşıdakı fəaliyyəti, hərəkatın taktikası və sentyabrın 22-də keçiriləcək toplantı ilə bağlı məsələlər müzakirə olunub.
“Şərəfim Var” fraksiyasının deputatı Hayk Mamicanyan nəşrə açıqlamasında görüşün baş tutduğunu təsdiqləyib.
“Belə müzakirələr mütəmadi olaraq olur, bu, sadəcə, növbəti görüş idi, qeyri-adi heç nə yoxdur”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az