NATO dəqiq idarə olunan “hava-yer” bombaları sifariş edir

2024/09/ferte-1726132258.jpg
Oxunub: 335     15:10     16 Sentyabr 2024    
NATO lazer tuşlama/GPS dəstlərinin alınması üçün müdafiə istehsalçısı RTX ilə təxminən 133 milyon dollar dəyərində müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, müqavilə çərçivəsində idarə olunmayan “hava-yer” bombaları RTX-nin “Paveway” dəstlərindən istifadə edərək, dəqiq idarə olunan sursatlara çevriləcək.

“Paveway” lazerlə idarə olunan bombası ənənəvi lazerlə idarə olunan silahların dəqiqliyini və çevikliyini qlobal yerləşdirmə sisteminin bütün hava şəraiti qabiliyyəti ilə birləşdirir.

Məlumata görə, “Paveway” bombasının yeni versiyaları da ətalətli naviqasiya sistemi xüsusiyyətləri ilə təchiz edilib və dəstin təmin etdiyi qabaqcıl dəqiq zərbə göstəricisi xeyli artırılıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Paveway  


Bizi "telegram"da izləyin