Rusiya Özbəkistanda PUA istehsalı ilə bağlı danışıqlar aparır

2024/09/urte--1726130509.jpg
Oxunub: 393     14:55     13 Sentyabr 2024    
Rusiya Özbəkistanda Pilotsuz Uçuş Aparatı (PUA) istehsalı qurmağı təklif edib.

Ordu.az xəbər verir ki, Rusiyanın Baş naziri Mixail Mişustin iki ölkənin hökumət başçıları səviyyəsində keçirilən birgə komissiyanın iclasında Özbəkistanda PUA-ların istehsalının yaradılmasını təklif edib.

Mişustinin sözlərinə görə, Moskva və Daşkənd ölkədə PUA-ların və onların komponentlərinin istehsalının yerliləşdirilməsi imkanlarını nəzərdən keçirir.

“Biz yüksək texnologiyalı polimer istehsalının təşkili, pilotsuz uçuş sistemləri və komponentlərinin istehsalının yerliləşdirilməsi imkanlarını araşdırırıq”, - deyə Mişustin qeyd edib.

Özbəkistan ordusunun hazırda Rusiyanın “Orlan-10E” kəşfiyyat PUA-sının ixrac versiyası ilə silahlandığı bildirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Özbəkistan   PUA  


Bizi "telegram"da izləyin