Ordu.az xəbər verir ki, bunu rusiyalı politoloq Qleb Kuznetsov deyib.
Kuznetsov qeyd edib ki, faktiki olaraq nə baş verdiyini söyləmək çətindir, amma indi, bəlkə də, həqiqətən də sülh müqaviləsi bağlamaq üçün fürsət pəncərəsi var.
“İlham Əliyev Prezident seçilməklə bütün hökumət səlahiyyətlərini bərpa etdi. BMT-nin İqlim Dəyişikliyi Konfransı (COP29) 2024-cü ilin noyabrında Azərbaycanda keçiriləcək və buna görə də onlar Ermənistanla münasibətlərin səhifəsini müsbət nota çevirmək istəyirlər. Müqavilənin imzalanmasında Ermənistan hakimiyyəti də maraqlıdır”, - deyə o bildirib.
Kuznetsov vurğulayıb ki, hazırda bütün tərəflərin qlobal marağı nəzərə alınmaqla, sülh müqaviləsinin imzalana biləcəyi istisna edilmir.
Alpər Mövludoğlu
Ordu.az