Erməni ekspert: “İran kommunikasiyaların açılması məsələsində Ermənistana siyasi dəstəkdən uzağa getməyəcək”

2024/09/1726121918.jpg
Oxunub: 408     13:11     14 Sentyabr 2024    
“İran kommunikasiyaların açılması məsələsində Ermənistana siyasi dəstəkdən uzağa getməyəcək, çünki Tehran bunun onu regional müharibəyə cəlb edəcəyini başa düşür və bundan həmişə çəkinir”.

Ordu.az xəbər verir ki, bunu regional məsələlər üzrə erməni ekspert Armen Petrosyan deyib.

O, İranın Zəngəzur dəhlizi ilə bağlı son açıqlamalarını həm xəbərdarlıq, həm də Tehrana lazım olan siyasi fəallığın təzahürü adlandırıb.

Petrosyan qeyd edib ki, indi öz simasını xilas etməyə çalışan Tehranın ritorikasının hədəfi Rusiyanın timsalında daha təsirli oyunçuya çevrilib.

Erməni ekspert bildirib ki, Rusiya bəzi ölkələrin, o cümlədən İranın yaxın əlaqələri olduğu ölkələrin hücumlarına reaksiya verməməyə üstünlük verir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İran  


Bizi "telegram"da izləyin