Polşa FA-50 tədarükünü ləğv edə bilər

2024/09/1726039861.jpg
Oxunub: 496     18:30     14 Sentyabr 2024    
Polşa mənbələri Cənubi Koreyanın FA-50PL Yüngül Döyüş Təyyarəsi (LCA) ilə bağlı davam edən inteqrasiya problemlərinin ləğv edilməyə səbəb ola biləcəyini bildirib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Polşalı müdafiə/OSINT analitiki Yaroslav Volski Polşa Hərbi Hava Qüvvələrinin (HHQ) FA-50PL tədarükü haqqında yeni məlumat verərək bildirib ki, tələb olunan silahların və digər avadanlıqların inteqrasiyası ilə bağlı davam edən problemlər sövdələşməni ləğv etməyə yaxınlaşdırır.

Digər 36 təyyarə üçün sifarişin ləğvi vahid dəyəri nəzərə alınmaqla, 1,566 milyon dollardan çox itki demək olacaq.

Polşa sifarişləri ləğv edərsə, HHQ çox güman ki, yeni tender elan edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   FA-50  


Bizi "telegram"da izləyin