KİV: Ermənistanda döyüş mövqelərində qulluq edən “xalq qoşunu” üzvlərinin maaşı azaldılıb

2024/09/1726036978.jpg
Oxunub: 474     15:56     13 Sentyabr 2024    
Bir aya yaxındır vaxtaşırı mətbuatda və sosial şəbəkələrdə belə məlumatlar yayılır ki, döyüş mövqelərində qulluq edən “xalq qoşunu” üzvlərinin maaşı azaldılıb, xüsusən də əvvəllər ayda 180 min dram alırdılarsa, indi 60 min dram azaldılıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri yazıb.

Nəşr bunun əslində nədən ibarət olduğunu öyrənməyə çalışıb.

“Əldə etdiyimiz məlumata görə, “xalq qoşunu” üzvlərinin maaşı ərizəyə əsasən hesablanır ki, bu da faktiki olaraq Ermənistan Silahlı Qüvvələrinin döyüş hazırlığının dərəcəsi ilə müəyyən edilir. Yəni, hazırda Silahlı Qüvvələr yüksək döyüş hazırlığı səviyyəsinə gətirilibsə, “xalq qoşunu” daha çox və uzun müddət tətbiq olunur, buna görə də maaşın məbləği daha çox alınır və əksinə, təbii olaraq burada vəzifə də nəzərə alınır”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Xalq-qoşunu  


Bizi "telegram"da izləyin