Erməni partiya sədri: “İranda Nikolun amerikalılara nəsə vəd etdiyi barədə dəqiq məlumat var”

2024/09/1726036779.jpg
Oxunub: 468     17:48     14 Sentyabr 2024    
“Ermənistan hakimiyyətinin davranışı anlaşılmaz davranışdır”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq, “Demokratik Alternativ” partiyasının sədri Suren Surenyants deyib.

Onun sözlərinə görə, 44 günlük müharibə zamanı Paşinyan Putinin müharibəni dayandırmaq təklifini rədd edib, o zaman Şuşa və Hadrut hələ də Ermənistan ordusunun nəzarəti altında idi.

“Nümunəvi şəkildə vəzifə Qarabağdan (könüllü-red.) köç etmiş ermənilərə qarşı nifrət toxumu səpmək, “Qarabağ nümayəndəliyi”ni (qondarma qurum-red.) bağlamaqdır. Bütün bu hekayə bir şey üçün idi: Qarabağın təhvil verilməsini məsuliyyətini Samvel Şahramanyanın (ləğv edilmiş qondarma qurumun “sonuncu başçısı”-red.) üzərinə qoymaq. “Qarabağ müdafiə ordusu”nun (ləğv edilmiş qanunsuz “hərbi birləşmə”-red.) Ermənistan Müdafiə Nazirliyinin tabeliyində olduğunu kim bilmirdi? Bu faktı qeydə aldıqdan sonra Paşinyanın silah və sursatı təhvil verməsini “Qarabağ rəhbərliyi”nin üzərinə atmaq çox gülünc səslənir”, - deyə Surenyants bildirib.

Erməni partiya sədri vurğulayıb ki, “sülhün kəsişməsi” ideyası lazımsız ideyadır.

“İlham Əliyev deyir ki, mən sizə hakimiyyəti saxlamaqda kömək edəcəyəm. İranda Nikolun amerikalılara nəsə vəd etdiyi barədə dəqiq məlumat var”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hakimiyyət  


Bizi "telegram"da izləyin