Ordu.az xəbər verir ki, bunu “RTVI” telekanalına Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Biz Çinlə münasibətləri qarşılıqlı faydalı şəkildə, beynəlxalq hüquqa tam uyğun şəkildə qururuq və ABŞ-yə hesabat vermək fikrində deyilik”, - Zaxarova vurğulayıb.
Qeyd edək ki, bir müddət öncə “Politico” yazmışdı ki, Moskva hərbi yardım müqabilində Pekinə qabaqcıl hərbi texnologiyalarla kömək edə bilər.
Ordu.az