İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağının cənubundakı Rəfah şəhəri yaxınlığındakı hava zərbələri ilə radikal HƏMAS hərəkatının “Tell əs-Sultan” batalyonunun komanda zəncirini məhv edib.
Ordu.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, “Tell əs-Sultan” batalyonunun komandiri Mahmud Həmdan və üç bölük komandiri, həmçinin onlarla silahlı zərərsizləşdirilib.