Ordu.az xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.
Qeyd edək ki, sanksiyaya məruz qalanlar Rusiya və İranda dron sənayesi ilə əlaqəsi olan firma və təşkilatlar olub.
Bu açıqlama ABŞ dövlət katibi Antoni Blinkenin Rusiyanın İrandan aldığı ballistik raketləri bir neçə həftə ərzində Ukraynaya qarşı istifadə edəcəyini bildirməsindən sonra verilib.
***
Böyük Britaniya Rusiya Hərbi Kosmik Qüvvələri, 924-cü Dövlət Pilotsuz Aviasiya Mərkəzi, eləcə də Hərbi-Nəqliyyat Aviasiyasının Komandanlığına qarşı sanksiyalar tətbiq edib.
Ordu.az-ın TASS-a istinadən məlumatına görə, Rusiyaya dəstək göstərdiyi səbəbindən məhdudiyyətlər pilotsuz uçuş aparatlarının istehsalı üzrə ixtisaslaşan “Baharestan Kish Company” də daxil olmaqla, İrana məxsus yeddi hüquqi şəxsə də şamil ediləcək.
Qeyd edək ki, rəsmi Londonun sanksiyalarının təsiri altına həmçinin Rusiyaya yardımlarda şübhəli bilinən beş ədəd hərbi gəmi də düşüb.
Ordu.az