Bayden Britaniya Baş naziri ilə Ukraynanın Rusiyanı uzaq mənzilli silahlarla vurması imkanını müzakirə edəcək

2024/09/2024--1725973697.jpg
Oxunub: 292     16:43     10 Sentyabr 2024    
ABŞ Prezidenti Co Bayden Böyük Britaniyanın Baş naziri Keir Starmer ilə Ukraynanın Rusiyaya uzaq mənzilli silahlarla zərbə endirməsinə icazə verilməsi imkanını müzakirə etməyi planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken britaniyalı həmkarı Devid Lammi ilə birgə mətbuat konfransında deyib.

“ABŞ Prezidenti Co Bayden cümə günü Böyük Britaniyanın Baş naziri Keir Starmer ilə Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya Qərbin uzaq mənzilli silahları ilə zərbə endirməsinə icazə verilməsini müzakirə etmək niyyətindədir”, - dövlət katibi vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Britaniya  


Bizi "telegram"da izləyin