13 il sonra: Niderland ordusu tamamilə ləğv edilmiş tank taborunu bərpa edir

2024/09/1725957492.jpg
Oxunub: 365     16:09     13 Sentyabr 2024    
Niderland ordusu xərclərin azaldılması zamanı ləğv edilən tank taborunu 13 il sonra yenidən quracaq.

Ordu.az xəbər verir ki, Niderlandın müdafiə naziri Ruben Brekelmans bu həftə nazirliyin büdcəsinə 50 tankdan ibarət bölmə ilə bağlı planları daxil edəcək.

Brekelmansın sələfi Kaysa Ollonqren bu ilin əvvəlində bildirib ki, 350 nəfərlik hərbi personalın xərcləri də daxil olmaqla, yeni tank parkının satın alınması, saxlanması və istismarı ildə 260 milyon avro ilə 315 milyon avro arasında başa gələcək.

Niderlandın son tank bölməsi 2011-ci ildə ləğv edilib, lakin 2015-ci ildən ölkə Almaniyadan Aşağı Saksoniyada yerləşən 18 “Leopard” tankından ibarət parkı icarəyə götürüb.

Qərar yeni kabinetin müdafiə xərclərini NATO həddi olan 2%-ə yüksəltmək və nazirliyin illik büdcəsini 2,4 milyard avro artırmaq öhdəliyindən sonra verilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Niderland   Ordu  


Bizi "telegram"da izləyin