Ordu.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan “İrəvan dialoqu” forumunda çıxışı zamanı deyib.
O, bununla əlaqədar ermənilərin “Dünyanın kəsişməsi” təşəbbüsünü təqdim edib.
“Bu təşəbbüs bizim üçün strateji əhəmiyyətli ölkə olan İranla, gələcəkdə isə Türkiyə və Rusiya ilə dəmir yolu əlaqəsi təmin etdiyi üçün vacibdir. Azərbaycan həm də Türkiyə və İranla dəmir yolu əlaqəsi əldə etmək imkanına malik olur”, - N.Paşinyan qeyd edib.
O əlavə edib ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında Ermənistan ərazisindən keçən avtomobil və dəmir yolu kommunikasiyalarının açılması da mühüm addımdır.
“Ermənistan bu imkanı yaratmağa hazırdır, baxmayaraq ki, Naxçıvan artıq İran və Türkiyə vasitəsilə xarici dünyaya çıxış əldə edib”, - baş nazir qeyd edib.
Ordu.az