Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Akunk” siyasi təhlil mərkəzinin rəhbəri, erməni ekspert Ruben Hakopyan öz məqaləsində yazıb.
Onun sözlərinə görə, həmin gecə İrəvanda küçə qaynayırdı, xalq üsyanından dəhşətə gələn imza müəllifi bunkerdə gizlənmişdi.
“Bu gün bir çox insan hətta həmin müqavilədə qeyd olunan xəritəyə sahib olmaq istəyir. Amma bu, sadəcə olaraq arzuolunan düşüncə olardı. Məlum faktdır ki, Britaniya tərəfi bütün münaqişə boyu Azərbaycanın maraqlarını beynəlxalq platformalarda açıq şəkildə müdafiə edib. Hətta 44 günlük müharibə günlərində rəsmi London öz səsi ilə BMT Təhlükəsizlik Şurasında Qarabağla bağlı birgə bəyanatın qəbuluna mane oldu”, - deyə Hakopyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az