İran Təhlükəsizlik Şurasının katibi Rusiyaya gedib - YENİLƏNİB

2024/09/1725950178.jpg
Oxunub: 386     11:23     10 Sentyabr 2024    
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian BRICS+ ölkələrinin təhlükəsizlik məsələləri üzrə ali nümayəndələrinin görüşündə iştirak etmək üçün sentyabrın 10-da Sankt-Peterburqa gedib.



***

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian BRICS+ ölkələrinin təhlükəsizlik məsələləri üzrə ali nümayəndələrinin görüşündə iştirak etmək üçün sentyabrın 10-12-də Sankt-Peterburqa səfər edəcək.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.

Məlumata görə, Ə.Əhmədian çərşənbə axşamı rusiyalı həmkarının dəvəti ilə Sankt-Peterburqa yola düşüb. İran Təhlükəsizlik Şurasının rəhbəri Rusiyada olduğu müddətdə digər ölkələrin güc strukturlarının nümayəndələri ilə də görüşəcək. Rusiya tərəfi ilə görüşdə Yaxın Şərq regionundakı vəziyyətə və iqtisadi, siyasi və təhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlığa xüsusi diqqət yetiriləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Rusiya  


Bizi "telegram"da izləyin