Azərbaycanın Maldivdəki qeyri-rezident səfiri Elçin Hüseynli etimadnaməsini adanın Prezidenti Mohamed Muizzuya təqdim edib.
Ordu.az xəbər verir ki, bu barədə diplomat sosial şəbəkədə yazıb.
“Etimad məktubumu bu gün məni Azərbaycanın qeyri-rezident səfiri kimi akkreditə edən Maldiv Respublikasının Prezidenti Zati-aliləri Dr. Mohamed Muizzuya təqdim etmək şərəfinə nail oldum. Azərbaycan ilə Maldiv adaları arasında dostluq əlaqələrinin daim genişlənməsinə xidmət etmək şərəfdir”, – paylaşımda qeyd olunub.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Azərbaycan
Maldiv