Ordu.az Ermənistan Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Komissiyasının sədr müavini Marqaritis Shinas görüşündə deyib.
“Şadam ki, münasibətlərimizdə nəzərəçarpacaq dəyişikliklər var: viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlar başlayır, Avropa Sülh Fondu ilə Ermənistan Respublikasına dəstək verilməsi barədə qərar qəbul edilib, biz bunu çox yüksək qiymətləndiririk... Bu, (Aİ-yə daxil olmaqla bağlı məsələ -red.) asan məsələ deyil, amma artıq Ermənistanın siyasi gündəminin bir hissəsinə çevrilib, ona görə də bu mövzuya ətraflı və hərtərəfli yanaşmaq lazımdır. Burada Aİ-dən olan tərəfdaşlarımızın müşahidələrini və məsləhətlərini dinləmək vacib olacaq”, - Paşinyan bildirib.
Ordu.az