Kobaxidze: "Gürcüstanda QHT-lər xarici donorlardan aldıqları maliyyədən iki dəfə çox vəsait alacaqlar"

2024/08/1723734037.jpg
Oxunub: 347     17:43     09 Sentyabr 2024    
Gürcüstanda qeyri-hökumət təşkilatları (QHT) dövlət büdcəsindən xarici donorlardan aldıqları maliyyədən bir-iki dəfə çox vəsait alacaqlar.

Ordu.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze brifinqdə danışıb.

Hökumət ofisində keçirilən brifinqdə İ.Kobaxidze bildirib ki, Gürcüstan hökuməti “Xarici agentlər” reyestrində qeydiyyatdan keçmiş QHT-lər üçün qrant proqramı yaradacaq.

"Öz işini layiqincə yerinə yetirən və gürcü xalqının mənafeyinə xidmət edən qeyri-hökumət təşkilatları dövlət büdcəsindən xarici donorlardan aldıqları maliyyədən bir-iki dəfə çox vəsait alacaqlar”, - deyə Baş nazir vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kobaxidze   Gürcüstan  


Bizi "telegram"da izləyin