İlham Əliyev: "Azərbaycan üçün Astanada Ermənistanla sülh müqaviləsi üzrə danışıqların aparılması təklifi məqbuldur"

2024/07/1720187916.jpg
Oxunub: 423     16:05     09 Sentyabr 2024    
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astananın Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların aparılması üçün platforma rolunu oynamağa hazır olduğunu bildirib.

Ordu.az-ın xəbərinə görə, bu barədə sentyabrın 9-da Qazaxıstanın dövlət başçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı bildirib.

Prezident İlham Əliyev Azərbaycan üçün Astanada iki ölkə arasında bu danışıqların aparılması təklifinin məqbul olduğunu qeyd edib.

Telefon söhbəti zamanı ikitərəfli gündəliyə aid məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İlham-Əliyev   Tokayev  


Bizi "telegram"da izləyin