Ordu.az xəbər verir ki, “Apache” hücum helikopterlərinin tədarükünün ləngiməsinin əsas səbəbi elektrik generatorlarının nasazlığıdır.
Mənbələr bu nasazlıq səbəbilə uçan helikopterlərin kabinələrini tüstünün doldurduğunu və başda Hindistan olmaqla, bir çox ölkəyə tədarüklərin dayandırıldığını bildiriblər.
Kokpitdə yığılan tüstünün pilotlar üçün ciddi təhlükə yarada biləcəyini bildirən “Boeing” səlahiyyətliləri problem aradan qaldırıldıqdan sonra tədarüklərin qaldığı yerdən davam edəcəyini vurğulayıblar.
Qeyd edək ki, son dövrdə ən azı 3 ədəd AH-64E “Apache” helikopterinin naməlum səbəbdən qəzaya uğradığı məlum olub.
Sevinc Əliyeva
Ordu.az