JF-17 döyüş təyyarəsi mühərrikinə sahib yeni PUA nümayiş etdirilib

2024/09/1725873737.jpg
Oxunub: 845     11:52     10 Sentyabr 2024    
“Army-2024” Rusiya Beynəlxalq Hərbi-Texniki Forumunda “Kronshtadt” tərəfindən dizayn edilən və JF-17 döyüş təyyarəsi mühərrikindən istifadə edilən yeni Pilotsuz Uçuş Aparatı (PUA) nümayiş etdirilib.

Ordu.az xəbər verir ki, Rusiyanın “Grom” (Thunder) adlı yeni PUA-sı ilk dəfə “Army-2020” Forumunda təqdim edilib, platformada tətbiq edilən struktur dəyişiklikləri diqqəti cəlb edib.

“Grom” Rusiya Hərbi Hava Qüvvələrində aktiv xidmətdə olan “Yak-130” yüngül döyüş təyyarəsinin bazası əsasında hazırlanan PUA kimi tanınır.

2024-cü ildə nümayiş etdirilən “Grom” modeli 2021-ci ilə nisbətən böyük struktur dəyişikliklərinə məruz qalsa da, modelin “Yak-130”a daha yaxın bir dizayna sahib olduğu açıq şəkildə görünür.

2020-ci ildəki “Grom” dizaynı qərb döyüş təyyarələrinə bənzəyərkən, 2024-cü il versiyasında tipik rus toxunuşlarını görmək mümkündür.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Army-2024   Rusiya  


Bizi "telegram"da izləyin