Belarus və Rusiya raket hücumu təlimi keçirəcək

2024/09/sarta-1725873589.jpg
Oxunub: 230     11:44     10 Sentyabr 2024    
Belarus Müdafiə Nazirliyi Rusiya ordusu ilə birgə raket hücumu təlimi keçirəcəyini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin BELTA-ya verdiyi açıqlamada bildirilib.

Belarus ordusunun raket hücumlarının idarə edilməsinə və nəzarət sınaqlarının təşkilinə cavabdeh olan bir qrup hərbi qulluqçu Rusiya Federasiyasına gedib.

Məlumata görə, Belarus və Rusiya qüvvələri, raket bölmələri raket hücumlarının idarə edilməsi və döyüş atışını əhatə edən hərbi təlim keçirəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Belarus   Rusiya  


Bizi "telegram"da izləyin